Marneulidə bir nəfər bıçaqlama ittihamı ilə saxlanılıb
12:47 / 16.10.2019
Dünən, 15
oktyabr tarixində Marneulinin mərkəzi küçəsində, bazar ərazisində
bir nəfər yaralanıb.
Həmin şəxsə soyuq silahla zərbə vurulub.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, müttəhim dünən, hadisədən bir neçə saat sonra saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə istintaq
aparılır. Həmin maddə sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə
tutur.