Ədviyyatlar və onların faydaları
14:14 / 21.10.2019
Mixək – Orqanizmə istilik verir,
quruducu xüsusiyyətə malikdir.
Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili üzvləri
qüvvətləndirir, həzmi gücləndirir. Beyin üçün faydalıdır.
Əhval-ruhiyyəni yaxşılaşdırır. Ağızdan gələn pis qoxunu aparır.
Mixək soyuqdəymə ilə əlaqədar olan bəlğəmli xəstəliklərdə, ürək
döyüntüsü zamanı münasib hesab edilir. Burun tutulması və zökəm
zamani əmgəyə mixək sürtmək faydalıdır.
Darçın – Bədənə istilik verir və quruducu xüsusiyyətə
malikdir. Sidikqovucu təsiri vardır. Təbiətən lətifdir. Orqanizmdə
olan qazları özünə hopdurur. Yumşaldıcı xassəsi vardır. Əhval-
ruhiyyəni yaxşılaşdırır. Darçın bədənin fiziki və mənəvi qüvvəsini
saxlamağa kömək edir. Soyuqdəymə, zökəm, bəlğəmli öskürək, ürək
döyüntüsü, qorxu və vasvasılıq, böyrək ağrısı, sidik ifrazının
tutulması, qaraciyər xəstəlikləri hallarında profilaktika məqsədilə
işlətmək münasibdir. Darçın səsi qəliz bəlğəmdən təmizləyir, nəfəs
borusunda olan yapışqanlı rütubəti aparır. Ağızdan gələn pis qoxunu
ləğv edir. Soyuqdəymə və sinir sistemi xəstəlikləri üçün münasib
sayılır.
Darçın yağını bədənə sürtmək və masaj eləmək iflic və titrətmə
zamanı faydalıdır. Ağır eşitmə zamanı arağını çəkib qulağa
damcılatmaq münasibdir.
Zəfəran – Bədənə istilik verir, quruducu xassəsi vardır.
Əhval-ruhiyyəni olduqca yaxşılaşdırır. Diqqəti qüvvətləndirir,
sidikqovucu təsirə malikdir, ağciyərləri və nəfəs yollarını
möhkəmləndirir, qaraciyər və dalaq fəaliyyəti pozulması hallarında
faydalıdır. Yuxugətirici xassəyə malikdir. Zəfəran ayrı-ayrı
dərmanların təsirini bədənin orqanlarına daha tez çatdırır. Bal ilə
zəfəran yemək böyrək daşı olan xəstələr üçün münasibdir. Onun başa
qoyulan təpitməsi soyuqdan törənmiş baş ağrısı və yuxusuzluq üçün
faydalıdır. Ancaq iştahanı zəiflədir, buna qarşı cirə və iskəcəbi
işlətmək məsləhətdir.
Zəfəran yağı isidici və quruducu xassəyə malikdir. Sinir sistemini
sakitləşdirir, yuxu gətirir. Onu almanın içini oyub oraya doldurur,
difteriya, sətəlcəm və ürək döyüntüsü zamanı iyləyirlər.
Zəncəfil – Bədənə istilik verir, quruducu xassəyə
malikdir. Həzmi gücləndirir, mədə və bağırsaqda toplanmış qazları
özünə hopdurur, rütubəti qurudur, qaraciyər və mədəni
möhkəmləndirir, yaddaş üçün faydalıdır. Soyuqdəymələrdə, iflic və
sarılıq zamanı zəncəfil işlətmək profilaktik əhəmiyyətə
malikdir.
Sarıkök – Bədənə istilik verir. Qaraciyər fəaliyyəti
pozulduqda və sarılıq hallarında faydalıdır. Sarıkökü çeynəmək diş
ağrısını sakitləşdirir.
İstiot – Quruducu və həzm sürətləndirici xassəsi
vardır. Zəhərlərə qarşı əks təsir göstərir.
İstiot işlətmək bəlğəmi kəsir, öskürək, təgənəfəslik üçün
münasibdir. Mədə-bağırsaqlara qaz toplanması, sancı hallarında
müsbət təsir göstərir. Xörəkdə istiot işlətmək hafizəni
gücləndirir, qanı duruldur, qəliz yeməkləri lətifləndirir, onları
isti saxlayır. Onu qaynadıb gülab ilə qarışığını başa sürtmək
zökəmə qarşı faydalıdır. Ancaq çox istiot işlətmək böyrək,
qaraciyər, daxili orqanların fəaliyyətinə və sidik yolları
xəstəliklərinə ziyandır.
Hil – Bədənə istilik verir, quruducu xassəsi
vardır. Həzmi yaxşılaşdırır, ürəyi və mədəni möhkəmləndirir,
əhvali-ruhiyyəni yaxşılaşdırır. Tər iyini aparır, ağız qoxusunu
ətirli edir. Hil işlətmək mədə xəstəliyi, ürəkbulanma, qaraciyər
ağrısı, böyrək daşı zamanı münasibdir. Onu toz halında buruna
çəkərək asqırmaq müxtəlif səbəbdən törənmiş baş agrılarını
sakitləşdirir.
Dəfnə yarpağı – Suda qaynatdıqdan sonra sirkə ilə
qatıb ağızı qarqara etmək diş ağrısını sakitləşdirir. Onun
tumlarını işlətmək yaddaşı gücləndirir, təngənəfəslik və öskürək
üçün faydalıdır. Mədədə və bağırsaqlarda qəliz qazların toplanması,
sancı, qulunc, qaraciyər və böyrək xəstəliklərinə, dalaq, bel və
oynaqlarda olan ağrılara qarşı müalicə əhəmiyyəti daşıyir. Dəfnə
toxumunun yağı damarları genişləndirir, sinir sistemi fıaliyyəti
üçün münasibdir, sulu zökəmə qarşı faydalıdır.