“Salam biz gəldik!”- Gürcüstan Azərbaycanlı gəncləri
13:09 / 23.10.2019
Gürcüstanın
Azərbaycanlı gəncləri Qardabanili coğrafiya müəlliminə dəstək
olaraq video müraciət hazırlayıblar.
“Salam, biz gəldik!” – gənclərin müraciəti belə başlayır və onlar
öz icmalarında olan problemləri ictimailəşdirməyə, erkən evlilik və
qızların zorla qaçırılmasına etiraz etməyə çağırırlar.
“Gəlirik ki, icmamızn və cəmiyyətimizin problemlərini
səsləndirək! Gəlirik ki, ədalətsizliyə qarşı mübarizə aparaq!
Gəlirik ki, qızların zorla qaçırılmasına və erkən evliliyə etiraz
edək! Gəldik ki, müəllimlərimizə, həkimlərimizə, alimlərimizə,
mühəndislərimizə dəstək olaq! Gəldik ki, öz mədəniyyətimizi və
tariximizi qoruyaq! Həmid, sən tək deyilsən... Müəllimə toxunma,
əgər deməyə sözün varsa, mənə de. Mən Həmidəm...Biz də
Həmidik!”- gənc fəallar əhaliyə müraciət edirlər.