Zuqdididə narkotik cinayətinə görə saxlanılanlardan biri ruhani şəxsdir
15:24 / 05.12.2019
“Netgazeti”-nin məlumatına görə, Zuqdididə
narkotik cinayəti ilə bağlı ruhani şəxs dünən
saxlanılıb.
DİN faktla bağlı iki nəfəri saxlayıb. Onlardan biri 2 noyabrda,
digəri isə 4 dekabrda saxlanılıb. Ancaq digər təfərrüatlarla bağlı
DİN-dən məlumat vermirlər.
Faktla bağlı Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə istintaq
aparılır. Həmin maddə narkotikin qeyri-qanuni şəkildə əldə
edilməsi-saxlanılmasını nəzərdə tutur.