Xərçəng xəstəliyindən əziyyət çəkən 12 yaşlı Eltacın sizin köməyinizə ehtiyacı var
Qardabani sakini 12 yaşlı Eltac Hüseynov üç ildir ki, xərçəng xəstəliyindən əziyyət çəkir. O, dəfələrlə Gürcüstanda müalicə alıb. Lakin onun müalicəsi nəticəsiz qalıb. Eltac hal-hazırda Türkiyədə müalicə olunur. Ona kimya terapiya müalicəsi tətbiq olunur. Eltacın Türkiyədə müalicəsinin davam etdirilməsi üçün 15 000 dollara ehtiyacı var. Lakin ailənin maddi bu məbləği qarşılamaq, müalicəni davam etdirmək üçün maddi imkanı yoxdur. Fransada dövlət müalicə xərclərini qarşıladığına görə, Eltacın valideynləri müalicəni daha sonra Fransada davam etdirməyi düşünürlər. Amma Eltacın Türkiyədən Fransaya aparılması üçün əlavə 5 000 avro lazımdır.

Eltaca dəstək məqsədi ilə ötən həftə Qardabanidə qanvermə aksiyası keçirilib. Yaxınlarının sözlərinə görə, hal-hazırda lazım olan məbləğdən təxminən 7 000 lari toplanılıb. Ümumilikdə isə Eltacın müalicəsi üçün 15 000 dollar və 5 000 avroya ehtiyac var.

Eltacın müalicə xərclərinin qarşılanması üçün 7 dekabr tarixində Aktiv Gənclər Birliyinin təşkilatçılığı ilə Qardabani rayonunda növbəti dəfə qanvermə aksiyası keçiriləcək. Aksiya Qaracalar kəndinin ictimai məktəbində baş tutacaq. Qanvermə aksiyası isə səhər saat 10:00-dan axşam 18:00-a kimi davam edəcək.

Həmçinin Eltaca maddi yardım etmək də mümkündür. Bunun üçün "Gürcüstan Bankı"ndan və ödəmə terminallarından GE11BG0000000822434900 hesab nömrəsinə istədiyiniz məbləği köçürə bilərsiniz. Hesab nömrəsi Eltacın anası Kərimova Kəmaləyə məxsusdur.

Əlavə məlumat almaq üçün +995 555 00 08 32 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Eltacın sizin köməyinizə ehtiyacı var.



"Marneuli" Radiosu
Print