Tarixçi-alim Kərəm Məmmədovun Gürcüstana girişinə icazə verilmədi
15:26 / 25.07.2019
Əslən Gürcüstandan olan tarixçi-alim Kərəm
Məmmədovun Gürcüstana girişinə yenə icazə verilməyib.
Bu
barədə məlumatı "Marneuli" radiosu ilə söhbəti zamanı o, özü verdi.
Məmmədovun sözlərinə görə, 23 iyul tarixində Azərbaycan-Gürcüstan
sərhəd buraxılış məntəqəsində gürcü sərhədçilər onun Gürcüstanda
“arzuolunmaz şəxs” elan olması səbəbi ilə Gürcüstana girişinə
qadağa qoyulduğunu bildiriblər və ölkəyə girişinə icazə
verməyiblər.
“2017-ci ildə Gürcüstana getdiyimdə məni buraxmadılar
və dedilər ki, siz “arzuolunmaz şəxs”siniz. O zaman mənə heç bir
sənəd təqdim etmədilər. Daha sonra bu ilin mart ayında Anam rəhmətə
gedəndə və aprel ayında 40 mərasimində iştirak etdim. O zaman heç
bir problemlə qarşılaşmadım. Amma indi gedəndə məni Gürcüstana
buraxmadılar və mənə kağız verdilər. Həmin kağızda buraxılmamağım
haqda yeddi bəndlik yazı var idi. Onların altısı uyğun gəlmir və
yeddincidə isə yazılıb ki, digər səbəblər. Sadəcə digər səbəblərə
işarə qoyulub. O digər səbəb nədir, o da bəlli
deyil”, – Kərəm Məmmədov dedi.
Məmmədov onu da əlavə etdi ki, bu barədə Azərbaycan hökumətinə,
eyni zamanda beynəlxalq qurumlara, o cümlədən Avropa İnsan Haqları
Məhkəməsinə müraciət edəcək.
Xatırladaq ki, antropoloq, tarixçi-alim Kərəm Məmmədov Bakı Dövlət
Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya
kafedrasının müdiridir.