Marneulili idmançı Tbilisidə keçirilən beynəlxalq turnirdə iştirak edib
17:27 / 25.04.2019
Marneulili idmançı Təbriz Bağmanov 24 aprel
tarixində Tbilisidə keçirilən beynəlxalq turnirdə iştirak
edib.
O,
MMA (Qarışıq Döyüş Növləri) peşəkar kəmər uğrunda mübarizədə
Azərbaycan idmançısına qalib gələrək kəmərə sahib olub.
Bu haqda məlumatı idmançı Təbriz Bağmanov özü verdi. Onun sözlərinə
görə, 62 çəki dərəcəsində yarışa qatılıb. Həmin turnirdə Gürcüstan,
Azərbaycan, Ermənistan, Rusiya, İran və digər ölkələrdən qatılan
idmançılar da iştirak edirdilər.
Onu da əlavə edək ki, Təbriz Bağmanov 2016-cı ildə Bakıda keçirilən
"Alpaqut MMA" üzrə Azərbaycan çempionatına qatılaraq Azərbaycan
kubokuna sahib olmuşdu. Elə həmin il Azərbaycanda keçirilən
Braziliya jiu-jitsu idman növü üzrə yarışa da qatılaraq Azərbaycan
çempionu adını qazanmışdır. 2018-ci ildə isə Gürcüstanda keçirilən
GRAPPLİNG üzrə beynəlxalq turnirdə də iştirak edərək bu yarışda da
qalib gəlmişdi.