Baydar kəndində 24 yaşlarında olan gənc ölmüş vəziyyətdə tapılıb
12:33 / 10.12.2019
Marneuli rayonun Baydar kəndində yaşayan 24
yaşlarında olan gənc kişi ölmüş vəziyyətdə tapılıb. Onun intihar
etdiyi bildirilir.
Yerli sakinlərin verdiyi məlumata görə, hadisə 9
dekabr tarixində baş verib. Gəncin cəsədini qonşuları onlara məxsus
olan yeni tikilmiş yaşayış evində asılmış vəziyyətdə tapıblar.
Məlumata görə, intihar edən gənc nişanlı olub və yaxın günlərdə
toyu olacaqmış. İntihara dəqiq nəyin səbəb olduğu məlum deyil.
Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna bildirdilər ki,
ilkin məlumata görə hadisə intihardır və faktla bağlı Cinayət
Məcəlləsinin 115-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə
intihar həddinə çatdırmanı nəzərdə tutur.