Rustavi Tarix Muzeyində gənc rəssam Rasim Həsənovun fərdi sərgisi keçiriləcək
16:25 / 12.12.2018
14
dekabr, saat 18:00-da Rustavi Tarix Muzeyində Rasim Həsənovun fərdi
sərgisi keçiriləcək.
"Gözlərinizi Açacağam" adlı sərgidə əsasən sosial problemlər
vurğulanacaq. Sərgidə iştirak edən tamaşaçılar rəsm əsərləri ilə
birlikdə heykəllərlə də tanış olacaqlar. Gənc rəssam Rasim Həsənov
artıq 7 ildir ki, rəssamlıq sənəti ilə məşğuldur. O, indiyədək
Tbilisi və Rustavi şəhərlərində öz əl işlərindən ibarət 5 rəsm
sərgisi keçirib.
"Gözlərinizi Açacağam" adlı sərgi isə əvvəlki sərgilərdən fərqli
olaraq rəsmlərin və heykəllərin sintezindən ibarət olacaq. Sərgidə
iştirak etmək sərbəstdir.