VİDEO - Marneulili repçiyə "Gürcüstan ulduzu"ndan uzaqlaşdırılmasının səbəbləri məlum deyil
15:59 / 09.01.2019
Marneulili repçi Afiq Novruzovun musiqi
layihəsindən uzaqlaşdırılmasının səbəbi müəyyən deyil. O, birinci
kanalın “Gürücstan ulduzu” müsabiqəsində iştirak
edirdi.
Afiq
öz ifası ilə jurinin bəyənməsini qazanıb ancaq ikinci tura keçə
bilməyib. Deyir ki, səbəblər ona aydın deyil. Buna görə facebookda
canlı yayıma da qoşulub və ictimai şəkildə bildirib ki, ona zəng
ediblər və deyiblər ki, müsabiqənin sonrakı mərhələsinə
keçməyib.
"Marneuli" radiosu “Gürcüstan ulduzu”nun nümayəndəsi ilə əlaqə
saxladı. Onlar Novruzovun müsabiqə ilə bağlı etirazı olduğunu
bilirdilər. Ancaq bizimlə söhbət zamanı bildirdilər ki, Afiqin
etirazı onlar üçün aydın deyil.
Müsabiqənin şərtlərinə əsasən iştirakçıların azalması təbiidir.
"Gürcüstan ulduzu" xarici ölkənin müsabiəqsinin analoqudur və
müvafiq standartları qane edir.
"“Gürcüstan ulduzu”nun rəsmi formatı musiqi
müsabiqəsidir, bu "American İdol"un analoqudur. Müsabiqənin
formatından irəli gələrək seçimlərin iki mərhələsi var. Birinci
mərhələdə jüri yüzlərlə iştirakçını dinləyir və qızıl bilet verir.
Sonrakı mərhələdə jüri seçilmişlər arasından ikinci tura kimin
keçəcəyini seçir. Bu “Gürcüstan ulduzu”nun bir dəfəlik qərarı deyil
ki, həmişə də belə olur" - “Gürcüstan ulduzu”nun
nümayəndəsi.
Qeyd edilməlidir ki, “Gürcüstan ulduzu”nun ikinci turunun seçimləri
hələ efirə verilməyib.