Tbilisi Dövlət Azərbaycan Dram Teatrı yeni tamaşanın hazırlığına başlayıb

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşaya hazırlıq gedir.


Üzeyir Hacıbəyovun Ər və Arvad adlı musiqili komediyası yaxın günlərdə səhnələşdiriləcək. Teatrın rəhbəri Turqay Vəlizadə “Marneuli” radiosu ilə müsahibəsi zamanı tamaşa ilə bağlı ətraflı şəkildə məlumat verdi. 10 nəfərdən ibarət komandanın iştirakı ilə hazırlanan tamaşa Azərbaycan dilində təqdim olunacaq. Vəlizadə daha sonra tamaşanı etnik azərbaycanlıların yığcam yaşadığı ucqar rayonlarda da səhnələşdirəcəklərini qeyd etdi.

“Tamaşanın dəqiq vaxtını hələ bilmirik texniki məsələlərə görə ancaq yəqin ki, bir həftəyə dəqiq vaxtını biləcəyik və açıqlayacağıq. Bir-iki həftəyə hamısı məlum olacaq, oynayacağımız məkan, teatrın səhnəsi, tarix. Məqsədimiz tək Tbilisidə keçirmək deyil, gələcəkdə ucqar rayonlarda da səhnələşdirmək istəyirik”, – deyə Turqay Vəlizadə bildirdi.

Turqay Vəlizadə bununla belə tamaşanın yaxın günlərdə səhnəyə qoyulacağını dedi.

İstifadə olunan şəkil Chaikhana-dan götürülüb və müəllif (c) Ian Mcnaught Davis.

"Marneuli" Radiosu

 

Print