Bu gün, 17 dekabr tarixində Tbilisidə, Mirzə Fətəli Axundovun ev
muzeyində Gürcüstan-Amerika Universitetinin gürcü dili filologiyası
üzrə məzunu
Namil Həsənovun “Azərbaycan dilində gürcü dilinə münasibətdə
frazeoloji ifadələr” adlı ilk kitabının azərbaycandilli icmaya
təqdimatı baş tutub.
Təqdimat mərasimində müəllimlər, gənclər və maraqlanan şəxslər
iştirak ediblər.
Namil Həsənov iki il əvvəl universitetdə müəllimi tərəfindən ona
verilən ev tapşırığını hazırladığı
zaman azərbaycan və gürcü
frazeologiyalarının bir-biri ilə olan əlaqələri ilə bağlı məlumat
əldə edə bilməyib.
Bundan sonra o, çətinlik çəkdiyi mövzuda bir boşluq olduğunu
düşünüb və bu boşluğu doldurmaq məqsədi ilə daha çox araşdırma
aparıb, daha sonra topladığı məlumalardan kitab hazırlamaq qərarına
gəlib.
Gənc filoloq deyir ki, kitabı yazmaqdan daha çox araşdırmalar
aparmaqda çətinlik çəkib. Amma bütün çətinliklərə baxmayaraq o, öz
istəyinə nail olub və arzu etdiyi kitabı gələcək nəsil üçün
hazırlayıb.
Qeyd edək ki, kitabın ilk təqdimat mərasimi 1 dekabr tarixində
Gürcüstan-Amerika Universitetində baş tutub.