Gürcüstan Konstitusiyası ölkənin əsas
qanunudur. Onda dövlətin düzgün çalışması və vətəndaşların
firavanlığı üçün vacib olan prinsiplər və dəyərlər qeyd
olunub.
Məhz
Konstitusiya ilə təmin edilən hüquq və azadlıqlar dövləti idarəetmə
şərtlərində insan hüquqlarının pozulmaması üçün bir çox alətlə
təmin edir.
“Dövlət ümumi tanınmış hüquq və azadlıqları toxunulmaz
və ali insani dəyər kimi tanıyır və qoruyur. Hakimiyyət həyata
keçirilən zaman xalq və dövlət bu hüquq və azadlıqlarla qüvvədə
olan olaraq məhdudlaşdırılıb”, – Gürcüstan
konstitusiyasının 4-cü maddəsində yazılıb.
Dövlət hakimiyyətinin mənbəyini adamlar təşkil edir və məhz
hakimiyyət nümayəndələri adamlara xidmət göstərməlidirlər.
Gürcüstan Konstitusiyası ilə müəyyən edilib ki, Gürcüstan hüquqi
dövlətdir və demokratik dövlətin vacib prinsiplərindən biri budur.
Hüquqi dövlətdə əsas dəyəri adam, onun ləyaqəti, hüquqları və
azadlıqları təşkil edir.
“Marneuli” radiosunun sorğu apardığı sakinlərin əksəriyyətinin
onları hansı dövlət müəssisələrinin müdafiə etməsi və öz
hüquqlarını qoruya biləcək əsas hüquqi mexanimzlər haqqında
məlumatı yox idi.
Dövlət adamlara xidmət göstərməlidir, dövlət insan hüquq və
azadlıqları ilə məhdud olmalıdır, hakimiyyətin özbaşınalıq hüququ
olmamalıdır və dövlət qanunlar əsasında idarə olunmalıdır. Məhz bu
üç amil ədalətli dövlətin əsas elementlərini təşkil edir.
Demokratik dövlətin sosial prinsiplərinə gəldikdə isə o, geniş
sosial əsaslara söykənir və onun məqsədi əhalinin yaşam səviyyəsini
yüksəltmək, yaxud stabil saxlamaqdır.
Hər bir dövlətin ən əsas öhdəliyi insanın əsas hüquq və
azadlıqlarını qorumaq və gücləndirməkdir.
Ləyaqətin toxunulmazlığı, yaşam və fiziki toxunulmazlıq hüququ,
bərabərlik hüququ, hərəkət etmək azadlığı, inam, din və vicdan
azadlığı, hüquqi inzibati fəaliyyət, ictimai məlumatın əlçatanlığı,
məlumat baxımından öz müqəddəratının təyin edilməsi və ictimai
hakimiyyət tərəfindən dəyən zərərin qarşılanması hüquqları, əmlak
hüququ, siyasi partiyaların azadlığı və təhsil hüququ və akademik
azadlıq – dövlətin qoruma öhdəliyi götürdüyü əsas hüquq və
azadlıqlar bunlardır.
"Marneuli" Radiosu