2019-cu ilin
Milli Müəllim Mükafatının sahibi Marneulili pedaqoq Qiorqi Çauçidze
olub.
Ona
mükafat olaraq 10 000 lari veriləcək. Qalib 5 oktyabr beynəlxalq
müəllimlər günü müəyyən edilib.
Qiorqinin çoxillik müəllimlik təcrübəsi var, ancaq o, Marneulidə
2012-ci ildən Şaumyani kəndinin 3 saylı ictimai məktəbində
çalışmağa başlayıb. İndi isə o, Marneuli 2 saylı ictimai məktəbində
gürcü dili və tarix müəllimi olaraq çalışır.
Milli Müəllim Mükafatı müsabiqəsi Gürcüstanda artıq üçüncü dəfədir
ki, keçirilir.