Meriya Milli Müəllim Mükafatının sahibi Qiorqi Çauçidzeyə 2000 lari dəyərində məbləğ verib
23:23 / 09.10.2019
Marneuli
Meriyası 2019-cu ilin Milli Müəllim Mükafatının sahibi Qiorqi
Çauçidzeyə pul mükafatı olaraq 2000 lari
verib.
Tədbir 9 oktyabrda Mədəniyyət Evində
keçirilib.
2019-cu ilin Milli Müəllim Mükafatının sahibi Marneulili pedaqoq
Qiorqi Çauçidze olub. Ona mükafat olaraq 10 000 lari dəyərində
məbləğ veriləcək. Qalib 5 oktyabrda, beynəlxalq müəllimlər günü
müəyyən edilib.
Qiorqi Çauçidze uzun illərdir pedaqoq olaraq çalışır, o, 2012-ci
ildən Marneulidə, Şaumiyani 3 saylı ictiami məktəbində fəaliyyət
göstərir. İndi isə Marneulinin 2 saylı ictimai məktəbində gürcü
dili və tarix müəllimi olaraq çalışır.
Milli Müəllim Mükafatı müsabiqəsi Gürcüstanda artıq üçüncü dəfədir
keçirilir.