"Çemo Tbilis Kalako" mahnısı Şaban Məmmədovu qalib etdi
16:19 / 15.04.2019
Marneulili müğənni Şaban Məmmədov Ukraynanın
Vinnitsa şəhərində keçirilən "Qızıl Quş" (Zolotoy Ptax)
festivalında qalib olaraq 1-ci yerə layiq görülüb.
Şaban Məmmədov qatıldığı festivalda gürcü və Ukrayna mahnısı ifa
edib. Səs tembrinin güclü olmasına görə münsiflər tərəfindən
rəğbətlə qarşılanan Şaban 3 ölkənin iştirakı ilə baş tutan
festivalda mükafata layiq görülüb.
Xatırladaq ki, Şaban Məmmədov 2018-ci ilin oktyabr ayında
Gürcüstanda keçirilən "İveria Brilliant" festivalında Qran-pri
mükafatına layiq görülərək, 9 aprel tarixində Ukraynaya dəvət
olunmuşdu.
Qeyd edək ki, Şaban Məmmədov 4 dəfə beynəlxalq festivallarda qran
pri mükafatının sahibi olub. O, 8 dəfə müxtəlif musiqi
müsabiqələrinin qalibi olub və 50-yə yaxın diplomu var. Şaban
2019-cu il ərzində iki dəfə birincilik
qazanıb.