Sabirkənd sakininin qoz ağaclarını naməlum şəxslər kəsiblər
21:36 / 20.03.2019
Sabirkənddə 30 ədəd bar verən qoz ağacı
kəsilib. Bu haqda bizə zərər çəkən Elnur Məsimov özü
dedi.Onun
sözlərinə görə, hadisə ötən həftənin cümə axşamı-cümə günləri baş
verib.
İlk gün onun 18 ağacını, sonrakı gün isə 12 ağacını kəsiblər. O,
deyir ki, on ildən artıqdır onlar öz şəxsi torpaq sahələrində
50-dək qoz ağacı əkiblər. Ötən ildən isə onlar həmin ağaclardan
məhsul götürməyə başlayıblar.
Məsimov deyir ki, onun heç kimlə problemi olmayıb və şübhələndiyi
insan da yoxdur. O, indi istəyir ki, ona zərə vuranlar tapılsın və
qanun çərçivəsində öz cəzalarını çəksinlər.
“Budur, ağaclarmı kəsiblər. Heç kimə pislik etməmişəm. Heç kimdən
şikayətim yoxdur. Nə də ki, görməmişəm. Kim kəsib, onu tapmaq
lazımdır. İki gündür peyin gətirirdim. Baxdım ki, ağacı kəsiblər.
Dünən getdim ekologiyaya dedim. Onlar da dedi adamını tap. Bu gün
prokurorluğa verirəm” - Elnur Məsimov dedi.
Məsimovun sözlərinə görə, o Marneuli prokurorluğuna şikayət ərizəsi
ilə müraciət edəcək.