Bir ildə dörd ölüm hadisəsi – Marneulidə qatar qəzaları
15:45 / 22.11.2018
Marneulidə təxminən bir il ərzində
(yanvar-noyabr) qatarın vurması nəticəsində 4 nəfər dünyasını
dəyişib.
Onlardan biri 21 noyabr tarixində baş vermişdi. Bu qəzada qatar iki
nəfər ortayaşlı şəxsin həyatına son qoymuşdu. Hadisə Saimerlo
kəndində baş vermişdi. Qatar içərisində iki nəfərin olduğu minik
maşınını vurmuşdu. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin
dəmiryolu hərəkəti təhlükəsizliyinin və ya istismar qaydalarının
insan həyatının itirilməsi ilə nəticələnən pozulmasını nəzərdə
tutan 275-ci maddəsi ilə istintaq davam edir.
Digər bir hadisə 15
oktyabr tarixində dəmiryolunun Marneuli-Şulaveri hissəsində baş
vermişdi. Həmin vaxt qatar 30 yaşlarında bir şəxsi vurmuşdu.
Şahidlərin sözlərinə görə, həmin şəxsin sərxoş olub. O, başını
aşağı salıb relslərin üstündə otururmuş və qatarın xəbərdarlıq
siqnalı verməsinə baxmayaraq relslərin üstündən qalxmayıb.
Daha bir hadisə isə 19 yanvar tarixində baş vermişdi və 12 yaşlı
yeniyetmənin həyatına son qoymuşdu. Dünyasını dəyişən yeniyetmə
Marneuli 2 saylı ictimai məktəbinin 7-ci sinif şagirdi idi. O,
ikinci növbədə təhsil alırdı və məktəbdən evə qayıdarkən qatar
vurmuşdu.