Kürtlər kənd əhalisinə suvarma suyu kanalın bərpa işlərindən sonra veriləcək
Fermerlər istixanalarda əkib-becərdikləri məhsulu suvara bilmirlər. Yeni mövsümün gəlişi ilə kənd sakinləri həyətyanı torpaq sahələrində yazlıq kartof, pomidor, xiyar və digər məhsullar əkirlər. Havaların yağışsız keçməsi və suvarma arxlarında suyun olmaması Kürtlər kənd sakinlərini narahat edir. Onlar əkdikləri kartof məhsulunu suvara bilmirlər, bu isə məhsullarının zamanında yetişməsinə təsir edir.

Kənd sakinləri deyir ki, payız aylarında suvarma kanallarına suyun verilməsi dayandırılıb və nə zaman veriləcəyi haqda məlumatları yoxdur. Sakinlərin sözlərinə görə, indiki mərhələdə onların əkib-becərdikləri məhsulun yetişdirilməsi üçün suvarılmasına ehtiyac var.

Sakinlərin bildirirlər ki, hər il əkin zamanı onlar oxşar problemlə qarşılaşırlar. Buna görə də məhsuldarlıq aşağı düşür və bazara daha az məhsul çıxarmalı olurlar. Onlar hər il əkin işləri üçün çox pul xərcləyib, az gəlir əldə etdiklərini bildirirlər.

Marneuli Melorasiya Xidmətinin nümayəndəsi Aleksandre Şukakidze izah edir ki, kənddə suvarma suyu problemi Ağmaşenebeli körpüsünün bərpasına görə yaranıb. Geniş miqyaslı layihə 2018-ci ildə başlayıb və iki mərhələ olaraq gedir. İkinci mərhələ bir neçə günə başa çatacaq.

“Müqavilə bağlayan şirkətin yerinə yetirilməli olduğu yalnız körpünün bərpa işi qalıb. Bu körpünün bərpası üçün maksimum 5 gün lazımdır. Bundan sonra artıq əhaliyə su verəcəyik. Çox yaxşı işlər görlüdü və əhalidə bir az səbr etsin və hər şey yaxşı olacaq” - Aleksandre Şukakidze deyir.

Ağmaşenebelinin suvarma suyu tamamən bərpa olunduqdan sonra nəticədə bələdiyyədə 1,886 hektar kərnd təsərrüfatı torpaq sahəsinə suvarma suyunun verilməsi yaxşılaşdırılacaq.

Bərpa edilmiş melorasiya sistemdən 8 kəndin – (Tamarisi, Bəylər, Saimerlo, Baydar, Kürtlər, Muğanlı, Lejbəddin və Xudorlejbəddin) əhalisi istifadə edəcək.

"Marneuli" Radiosu
Print