“Bizə atəş açma” - Marneulili jurnalistlər aksiyaya qoşulublar
Marneulili jurnalistlər Jurnalist Etika Xartiyasının etiraz aksiyasına qoşulublar.

Meriyanın qarşısında ötən gün, 20 iyun tarixində Parlament binasının qarşısında keçirilən aksiyanın dağıdılması zamanı jurnalistlərin hüququnun tapdalanmasına etiraz edildi.

Tbilisidəki aksiya zamanı 10-dan artıq jurnalist xəsarət alıb.

Bugünkü aksiyaya yerli mətbuat vasitələri – “Marneuli” Radiosu, “Marneuli” televiziyası, "24 NEWS", "NSA.GE" qoşuldu. Eləcə də aksiyaya 2 nəfər fəal vətəndaş qoşulmuşdur.

Videonu buradan izləyin:

"Marneuli" Radiosu
Print