Marneuli meriyasında Avqust müharibəsinin on
birinci ildönümü ilə bağlı tədbirlər
planlaşdırılır.
Bələdiyyədən “Marneuli” radiosuna verilən
məlumata görə, 8 avqust tarixində saat 12-dən Gürcüstanın ərazi
bütövlüyü uğrunda müharibədə həlak olan Marneulili əsgərlərin
memorialı qarşısında təqdimat olacaq. Avqust müharibəsini təsvir
edən stend qurulacaq. Avqust müharibəsinin on ikinci ildönümü ilə
bağlı sahə qurulacaq:
•Saat 12:30-da Marneuli yerli özünüidarəsinin və meriyanın rəhbər
şəxsləri hərbçilərin memorialına əklil qoyacaq və onların
xatirəsini yad edəcəklər.
•Müharibədə həlak olan əsgərlərin xatirəsinə hörmət əlaməti olaraq
kiçik proqram təqdim olunacaq. Proqramda yerli gənclər, müharibədə
həlak olanların ailə üzvləri iştirak edəcəklər. Müharibə
iştirakçısı olan qəhrəmanları yad edəcəklər və onların həyat
hekayələrini xatırlayacaqlar. Müharibəni təsvir edən sənədli
materiallardan fraqmentlər oxunacaq və video kadrlar nümayiş
olunacaq.
Marneuli meriyasının təşəbbüsü ilə Abxaziya və Samaçablo
müharibəsində ölən 8 ailəyə hər birinə 500 lari olmaqla pul
veriləcək.
"Marneuli" Radiosu