Azərbaycan məhkəməsinin hökmünə əsasən, Əsədov noyabrın 8-i, Bakıda dələduzluq faktına görə həbs olunub
23:15 / 13.11.2018
“Ümum Gürcüstan Müsəlmanları Ali Dini
İdarəsi”nin sədri Mirtağı Əsədova 30 gün inzibati həbs cəzası
verilib.
Vəkil tərəfindən əldə edilən
Azərbaycan respublikası məhkəməsinin qərarında qeyd olunub ki,
Mirtağı Əsədov 8 noyabr tarixində Bakı şəhəri, Nərimanov rayonu
Əlizadə küçəsi 43 ünvanı yaxınlığında saxlanılıb. Həmin vaxt o,
mobil telefonla hündürdən danışırmış və söyüş söyərək nalayiq
ifadələr işlədirmiş. Protokolda təsvir olunmuş hadisəyə görə, həmin
vaxt ona mülki geyimdə olan polislər yaxınlaşır və söyüş söyməməyə
və nizam intizama dəvət edir.
Mülki geyimli polis Mirtağı Əsədovu polis bölməsinə aparmaq
istəyərkən o, qaçmağa cəhd edib. Məhkəmənin qərarına görə, M.Əsədov
günahını etiraf edib və qərarın qəbul edilməsindən etibarən 10 gün
ərzində Nərimanov Rayon Məhkəməsinə etiraz etmək hüququ var.
Mirtağı Əsədova qarşı Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsinin 510-cu və 535-ci maddəsinin 1-ci bəndi ilə ittiham
irəli sürülüb. 510-cu maddə xırda dələduzluğu nəzərdə tutur ki, bu
da 100 manat cərimə və ya 15 gün azadlıqdan məhrumetmə ilə
cəzalandırılır. 535-ci maddənin 1-ci hissəsi isə hüquq
mühafizəçilərinə və ya hərbçilərə tabe olmamağı nəzərdə tutur və
200 manatadək cərimə və ya 30 gün müddətinə azadlıqdan məhrumetmə
ilə cəzalandırılır.
“Marneuli” radiosunun məlumatına görə, Mirtağı Əsədov 8 noyabr
tarixində deyil, 7 noyabr tarixində Azərbaycanın sərhəd keçid
məntəqəsində saxlanılıb. Bu məlumatı ailə üzvlərinə 7 noyabr
tarixində Bakı istiqamətində reys həyata keçirən marşrut taksisinin
sürücüsü də təsdiqləyib. Mirtağı Əsədov da həmin nəqliyyatla Bakıya
gedirmiş. Sürücünün dediyinə görə, Əsədov əvvəlcə Qazax rayon polis
şöbəsinə, daha sonra isə Bakı şəhərinə aparılıb. Ailə üzvləri
bildirirlər ki, Əsədov 7 noyabr tarixində həyat yoldaşına zəng
vurub. Bu vaxta qədər vəkili də onunla görüşməyə nail ola
bilməyib.