Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb
15:02 / 15.04.2019
14
aprel tarixində Marneuli-Sadaxlı avtomagistralında yol-nəqliyyat
hadisəsi baş verib. Hadisə zamanı iki avtomobil
toqquşub.
DİN-dən “Marneuli” radiosuna verilən məlumata
görə, yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb və onlar
xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaq
aparılır. Həmin maddə avtomobilin, tramvayın, trolleybusun, traktor
və ya başqa mexaniki nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi
və ya istismar qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan
sağlamlığa qismən ağır zərər vurmanı nəzərdə tutur.
Qeyd olunan inzibati qayda pozuntusu cərimə və ya üç ilə qədər
azadlıqdan məhrum edilmə, yaxud həmin müddətə vəzifə və çalışmaq
hüququndan məhrum edilməklə cəzalandırılır.