Birbaşa qayda ilə seçilmiş Marneulinin üç meri
14:38 / 21.05.2019
Zaur Darğallı birbaşa qayda ilə
seçilmiş üçüncü merdir. Ancaq indiyə kimi Marneulinin etnik azlıq
nümayəndəsi olan rəhbəri olmayıb.
Zaur Darğallı Marneulilidir. Onun 30 yaşı var, ingilis dili
mütəxəssisidir, həyat yoldaşı və iki övladı var. 2013-cü ildən
“Gürcü Arzusu - Demokratik Gürcüstan”ın üzvüdür. Siyasi karyeraya
partiyanın gənc qanadlarına rəhbərlik etməklə başlayıb.
Sonrakı pillə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət
Naziri Aparatının Kvemo Kartli nümayəndəsi idi. O, seçkiqabağı
maratona qoşulana qədər Kvemo Kartlidə qubernator müavini
vəzifəsini tutub.
Seçkiqabağı çox sayda vədlər oldu, həmçinin, qeyri-gürcü dilli
əhali üçün bələdiyyədə gedən haidsələrin əlçatanlığı və meriyanın
işinə qoşulması məqsədi ilə Marneuli meriyasında xüsusi xidmətin
yaradılması, uşaq bağçaları və idman meydançalarının inşası,
kəndlərdə daxili yolların, bayır işıqlandırmasının və içməli su
probleminin həlli və başqa çox sayda digər vədlər də oldu.
Başqaları da bu kimi vədlərlə gəlirdilər. Merab Topçişvili və Temur
Abazovun da arxasında partiya dururdu. Qərar verdik ki, onların
merliyi dövründə, onların uğurları və uğursuqlarını xatırlayaq.
Merab Topçişvili 2014-cü ilin özünüidarəetmə
seçkilərdinə Marneulinin icra başçısı oldu. Həmçinin, onun
namizədliyini “Gürcü Arzusu” təqdimatdan bir neçə gün ərzində geri
çəkdi, sonra yenidən geri qaytardı.
Topçişvilinin adı bələdiyyədə iki əhəmiyyətli layihə “Vətəndaş
Büdcəsi” və “One Caucasus”la bağlıdır.
“Vətəndaş Büdcəsi” layihəsi çərçivəsində əhali öz kəndində mövcud
olan infrastruktur problemlərini həll edə bilərdi. “One Caucasus”
festivalı isə Marneulid, Tserakvi kəndində dörd il ərzində
keçirilirdi.
Hər il oraya yerli və xarici könüllülər gəlir festival şəhərciyi
qururdular ki, Marneulililər və Cənubi Qafqaz xalqlarının vaxt
keçirmək üçün məkanı olsun. Tserakvidə gənclər musiqi dinləyir,
istirahət edir və qonşuların mədəniyyətini öyrənirdilər. Hazırda
Marneulidə bu layihələrin heç biri həyata keçirilmir.
Marneuli bələdiyyəsinin icra başçısı vəzifəsini Topçişvili 3 il
ərzində daşıyırdı.
2017-ci ildə özünüidarəetmə seçkilərində Marneulinin
meri Temur Abazov oldu.
O, zaman da “Gürcü Arzusu”nun başqa namizədi var idi
– Marneuli bələdiyyə məclisinin bugünkü rəhbəri Amiran Qiorqadze.
Gözlənilmədən onun namizədliyini Temur Abazovla əvəz etdilər. Həm
də elə əvəz etdilər ki, Qiorqadze bu haqda heç nə bilmirdi.
Dəyişiklik xəbərini o, "Marneuli" radiosunun jurnalistlərindən
eşitdi. Onun namizədliyinin dəsyişdirilməsi Tbilisidə, “Gürcü
Arzusunun” Mərkəzi ofisinin qarşısında etiraz aksiyalarına səbəb
oldu.
Birbaşa qayda ilə seçilmiş Marneulinin ikinci meri Temur Abazov
DİN-nin əməkdaı idi. O, Gürcüstanın Azərbaycandakı səfirliyinin
DİN-nin ataşesi vəzifəsini tuturdu. Abazov bir aylıq seçkiqabağı
kampaniyanın nəticəsində MSK-nın göstəriciləri ilə səslərin 71%-ni
topladı.
Onun ilk iş günü və Qaçağan kəndindəs səfəri böyük narazlılğa səbəb
oldu. Görüş yalnız kişilərlə keçirildi. Mer hesab edirdi ki,
qadınlar “bu zaman xörək hazırlayırdılar”. Bu ifadə cəmiyyətin bir
hissəsini qıcıqlandırdı. O zamankı Xalq Müdafiəçisi, Uça Nanuaşvili
isə bunu seksist bəyanat adlandırdı.
Temur Abazovun adı Marneulidə küçə ticarəti ilə bağlıdır. O,
alternativ yollar axtarmaq üçün küçə ticarətçilərinə vaxt verdi,
ancaq başqa yollar tapmaq imkanını ona artqı vermədilər.
Marneuli merinə qarşı cinayət işi Gürcüstanın CM-nin 144.2-ci
maddəsinin 2-ci hissəsinin "a" altbəndi ilə başladı. Maddə dövlət
məmuru və ya ona bərabər olan şəxs tərəfindən təhqiredici və
qeyri-insani rəftarı nəzərdə tutur. 6 sentyabrda Marneulinin meri
Temur Abazovun ittihamı daha da ağırlaşdı və istintaqa 25, 157.1
maddəsinin birinnci və ikinci hissələri də əlavə olundur. Maddə
şəxsi həyatı təsvir edən materialın əldə eidlməsi, təşkili,
internet və sosial şəbəkələrdə yayılmasını nəzərəd tutur. Onun
həbsindən sonra küçə ticarəi mövzusu meriyada artıq müzakirə
olunmayıb.
Əhali ilə daha yaxın olmaq üçün Abazov öz maşını ilə Marneulidə
mərkəzi meydana qədər gəlirdi və sonra bəllədiyyə nəqliyyatı ilə
hərəkət edirdi.
Onun Marneulinin meriya əməkdaşlarının uniforma geyinməsi kimi
istəyi var idi ki, əhali onların dövlət məmuru olduğunu asan seçsin
və ünsiyyət qursun.
Marneulinin üçüncü merinin vaxtı çox azdır, təqribən iki il yarım,
2021-ci ildə yerli özünüidarəetmə seçkilərinə qədər vaxt var.
Marneulilərin isə ehtiyacı çoxdur və yüksək gözləntilər var. Zaur
Darğallı mer vəzifəsini yerinə yetirməyə MSK-nın yekun cavabları
elan etməsindən sonr başlayacaq.