Marneuli bələdiyyə məclisi üzvünün səlhiyyəti dayandırılıb

Marneuli bələdiyyə məclisinin üzvü Rəhim Əsgərovun səlahiyyəti dayandırılıb.

Bu haqda qərarı bələdiyyə məclisi 22 may tarixində baş tutan iclasda qəbul edib. Əsgərovun səlahiyyətinin dayandırılma səbəbi onun ön həbsdə olması ilə əlaqəlidir. Marneuli bələdiyyə məclisinin əməkdaşı "VMH"-ın üzvü rüşvət götürmək faktı ilə bağlı 28 martda saxlanılıb.

DİN-in məlumatına görə Kvemo Kartli polis Departamentinin əməkdaşları aparılan əməliyyat nəticəsində rüşvət götürmək ittihamı ilə Marneuli bələdiyyə məclisinin əməkdaşı və "VMH"-ın üzvü, 1976-cı il təvəllüdlü R.Ə. hakimin hökmü əsasında saxlayıb. Cinayət 6 ildan 9 ilə qədər həbs cəzasını nəzərdə tutur. İstintaq müəyyən edib ki, bələsiyyə məclisinin əməkdaşı R.Ə. vətəndaş Ş.M.-dan 3000 lari dəyərində pul alaraq əvəzində dövlət srtukturunda işlə təmin edəcəyinə dair vəd verib. Ş.M. qeyd olunan məbləğim yarısını 1500 larini əvvəlcədən verib və qalanını sonra verməli idi.

Ş.M. və R.Ə. razılaşaraq cari ilin 7 martında Marneuludə görüşüblər. Ş.M. bələdiyyə məclisinin əməkdaşın 1500 lari verib, qalan məbləği isə 20 martda verib.

Hüquq mühavizəçiləri R.Ə.-ni cari ilin 28 martında hakimin hökmü əsasında Marneulidə saxlayıblar. İstintaq rüşvət götürmə faktı ilə bağlı Gürcüstan Cinayyət Məcəlləsinin 338-ci maddəsinin 1-ci hissəsi ilə gedir.

"Marneuli" Radiosu

 

Print