Ağməmmədli sakinləri illərdir ki yollarının təmir olunmasını gözləyirlər (VİDEO/FOTO)
17:43 / 01.02.2019
Ağməmmədli kənd sakinlərinin “Vətəndaş
Büdcəsi”nə təqdim etdikləri layihə 2017-ci ildə qalib gəlmişdi.
Amma iki il keçməsinə baxmayaraq həmin layihə həyata
keçirilməyib.Bu
kimi problemlə digər kənd sakinləri də qarşılaşıb. Misal üçün,
Kürtlər kənd sakinlərinin 2017-ci ildə bələdiyyəyə təqdim etdiyi
layihə də qalib gəlmiş və həyata keçirilməmişdi.
“Vətəndaş Büdcəsi” nədir? “Vətəndaş Büdcəsində” kimlər iştirak edə
bilər? Həmin layihədə sakinlərin hər biri iştirak edə bilər və
yerli hakimiyyətlə bərabər yaşadıqları ərazilərdə hansı problemin
həll olunacağına sakinlərin özləri qərar verə bilərdilər. Bununla
yanaşı büdcənin bölünməsi, nəyə xəriclənməsi haqda məlumatı yerli
hakimiyyətdən tələb edə bilərlər.
Ağməmmədli sakinləri də “Vətəndaş Büdcəsi” çərçivəsində kəndin
daxili yollarının bərpa olunmasını istəyirdilər. Onların qalib
gəldiyi layihə 2017-ci ildən bu günə kimi həyata keçirilməyib. Kənd
sakinləri illərdir ki, yağışlı havada palçıqda və günəşli havalarda
isə tozlu yollarda hərəkət edirlər. Sakinlər deyir ki, illərdir
onlar bu cür şəraitdə yaşayırlar və onların problemi ilə maraqlanan
yoxdur.
Kənd sakinlərinə isə qaranlıq qalan məqam odur ki, onların qalib
gəldikləri layihə nə üçün indiyə qədər həyata keçirilməyib.
Marneuli meriyasından konkret qeyd etmirlər ki, "Vətəndaş Büdcəsi"
çərçivəsində layihə niyə həyata keçirilməyib. Ancaq izah edirlər
ki, 2019-cu ilin büdcəsində Ağməmmədli-Ulaşlı-Qasımlını
əlaqələndirən yolun bərpası planlaşdırılır.