Polis Bolnisidə qrup şəklində həyata keçirilmiş oğurluq faktının üstünü açıb
13:07 / 08.03.2019
“Marneuli” radiosunun Daxili İşlər Nazirliyinə
istinadən verdiyi məlumata görə, Bolnisidə iki nəfər oğurluq
ittihamı ilə saxlanılıb,
günahları sübuta yetirilərsə, onları 4 ildən 7
ilədək həbs cəzası gözləyir.
“Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis
Departamentinin Bolnisi Rayon Polis İdarəsinin əməkdaşları həyata
keçirdikləri operativ-istintaq tədbirləri nəticəsində qrup şəklində
törədilmiş oğurluq faktına görə 1991-ci ildə anadan olmuş A.S. və
1993-cü ildə anadan olmuş M.Q.-ni saxlayıblar. Törədilmiş cinayət 4
ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
İstintaq nəticəsində müəyyən olmuşdur ki, saxlanılan şəxslər 5 mart
tarixində Bolnisidəki ərzaq mağazalarından birindən 1 200 lari
dəyərində müxtəlif məhsullar oğurlayıblar. Hüquq mühafizəçiləri
onları isti izlərlə yaxalayıb. Oğurlanmış məhsulların hamısı maddi
sübut kimi müsadirə olunub.
Törədilmiş oğurluq faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin
177-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi və 3-cü hissəsinin “a”
bəndi ilə istintaq davam edir” – DİN-in bəyanatında
deyilir.