FOTO/VİDEO - Marneulidə “Bu yolun son stansiyası” adlı tamaşa nümayiş olundu
10 mart tarixində Marneuli Mədəniyyət evində “Bu yolun son stansiyası” adlı tamaşa nümayiş olundu. Tamaşa Marneuli izləyiciləri tərəfindən maraqla və böyük coşqu ilə qarşılandı.

Baş tutan tamaşada TİKA təkilatının nümayəndələri, Yeşilay cəmiyyətinin nümayəndələri, gənclər, QHT-lər, siyasətçilər, media nümayəndələri və maraqlanan şəxslər iştirak etdilər.

Tamaşa Azərbaycan dilində oldu və giriş sərbəst idi. Tamaşanın sonunda "Yeşilay" cəmiyyəti tərəfindən aktyorlar və ssenari müəllifi Anar Rafiqoğlu mükafatla təltif olundu.

Onu da əlavə edək ki, “Bu yolun son stansiyası” adlı tamaşa TİKA tərəfindən maliyyələşir. Layihəyə əsasən tamaşa 5 dəfə səhnəyə qoyulmalıdır. Artıq tamaşa üç dəfə nümayiş olunub. İlk təqdimatı 24 yanvar tarixində Tbilisi şəhərində, daha sonra isə 10 fevralda Batumidə gürcü dilində tamaşaçılara təqdim olunmuşdu. 6 martda isə Qardabani rayonunda Azərbaycan dilində tamaşaçıların ixtiyarına verilmişdi.

Anar Rafiqoğlu onu da bildirdi ki, “Bu yolun son stansiyası” adlı tamaşa Marneulidən sonra Bolnisidə təqdim olunacaq. Amma Bolnisidə nə zaman səhnələşdirləcəyinin dəqiq vaxtının təyin olunmadığını bildirdi.

Anar onu da qeyd etdi ki, “Bu yolun son stansiyası” adlı tamaşa gələcəkdə Gürcüstanın ayrı-ayrı bölgələrində və ölkə hüdudlarından kənarda da tamaşaçılara təqdim olunması plalaşdırılır.

Xatırladaq ki, “Bu yolun son stansiyası” adlı tamaşa “Yeşilay” Cəmiyyətinin “Gürcüstanda ictimaiyyətin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi, sənət vasitəsi ilə təbliği” layihəsi çərçivəsində hazırlanıb.

“Bu yolun son stansiyası” tamaşasının əsas mövzusu insanların zərərli vərdişləri və narkomaniya haqqındadır.

Tamaşa narkotik vasitələrin insanlara olan zərərlərindən və insan həyatını məhv etməsindən bəhs edir. Tamaşada həmçinin insanların sosial şəbəkələrdən, texnologiyalardan asılılığı və texnologiyalar sayəsində həyatın süniləşməsi mövzusuna da toxunulur.

"Marneuli" Radiosu

Print