“Gürcüstan” partiyası Marneuli meri vəzifəsinə namizədini qeydiyyatdan keçirib
13:19 / 18.04.2019
“Gürcüstan”
partiyası Marneuli meri vəzifəsinə namizəd kimi Leila Xaraişvilini
qeydiyyatdan keçirib.
Partiyanın sədri Qiorqi Liluaşvili hesab edir
ki, Xaraişvilinin mer seçilməsi Marneulinin inkişafına əhəmiyyətli
dərəcədə kömək edəcək.
“Bu bölgəyə yeni baxışların gətirilməsi vacibdir və
hesab edirik ki, bu xanımın mer seçilməsi irəliləyiş olacaq. Bundan
əlavə bu bölgədə xanımların öz mövqeyini bildirmək və vəzifədə
olmaq imkanları olmayıb” - Qiorqi
Liluaşvili dedi.
Leila Xaraişvili əslən Laqodexi rayonundandır. O, 15 il ərzində
orada ferma sahibi olub. Onun dediyinə görə, mer seçilməsi
Marneulidə inteqrasiya və kənd təsərrüfatı baxımından mühüm
yeniliklər gətirəcək.
“Nə təsərrüfat, nə insanlarla ünsiyyət mənə yad deyil.
Ümumiyyətlə insanları sevirəm. Mənim proqramım əsasən kənd
təsərrüfatının inkişafı, mədəniyyət sahələrinin inkişafı olacaq.
Təhsil baxımından inteqrasiya olsun və millətlər arasında fərq
qoyulmasın” - Leila Xaraişvili dedi.
Leila Xaraişvili ixtisasca iqtisadçıdır və hal-hazırda Milli Elmlər
Akademiyasında çalışır. O, hələlik Marneuli meri vəzifəsinə
namizədliyi irəli sürülmüş yeganə qadındır.