Algetinin uşaq bağçası üçün içməli su quyusunun qazılmasına başlayıb
16:54 / 16.04.2019
Algeti uşaq
bağçası üçün içməli su quyusunun qazılmasına başlayıb. 200-ə qədər
uşağın yerləşdiyi bağça keçən ilin oktyabr ayında
açılıb.
Bağça açıldığı gündən oraya içməli su
verilmirmiş. Marneuli Uşaq Bağçaları Birliyinin direktoru Zaur
Kərəmov “Marneuli” radiosu ilə söhbəti zamanı deyir ki, quyunun
qazılması üçün meriya tender elan edib.
"Algeti uşaq bağçasında suyu özəl şirkət tərəfindən
alırdılar, texniki olara isə suyu valideynlərin birinin həyətindəki
quyudan istifadə edirdilər" - Kərəmov deyir.
Bağçaya içməli suyun verilməsi üçün bələdiyyə 42 937 lariyə qədər
vəsait xərcləyəcək.