Təzəkənddə qəza nəticəsində piyada ayağını itirib
14:34 / 13.04.2019
Marneulinin
Təzəkənd kəndində yol nəqliyyat hadisəsi nəticəsində iki nəfər
xəsarət alıb.
Yol nəqliyyat hadisəsi haqqında məlumatı Marneuli televiziyası
yayımlayır. Onların bildirdiyinə görə maşın piyadanı vurub.
Zərərçəkən Marneulidə yerləşən Ceo Hospitala yerləşdirilib.
Radioya verilən məlumata görə qəza zamanı piyada ayağını itirib.
Onun vəziyyəti stabil ağırdır.
“Marneuli” radiosuna DİN-dən verilən məlumata görə, qəza
nəticəsində iki şəxs xəsarət alıb.
CM-nin 276-cı maddəsi ilə iş qaldırılıb. Maddə avtomobil, tramvay,
trolleybus, traktor və ya başqa mexaniki nəqliyyat vasitəsinin
nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən hərəkəti qaydasının
zamanı təhlükəsizliyi və ya ekspluatasiyası qaydasının pozulması
ilə ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurmanı nəzərdə
tutur.
Qeyd olunan cinayət cərimə və ya 3 ilə qədər azadlıqdan məhrum
edilmə yaxud həmin müddətə çalışmaq hüququnun alınması ilə
cəzalandırılır.