Marneulidə daha bir dəmiryolu qəzası
12:27 / 17.04.2019
16
aprel tarixində Marneuli bələdiyyəsinin Tsereteli kəndi
ərazisindəki dəmiryolu keçidində qəza baş verib.
“Marneuli” radiosunun məlumatına görə, saat 22:30 radələrində qatar
minik maşınını vurub. Maşın dəmiryolu keçidini keçərkən mühərrik
sönüb. Sürücü dərhal maşından düşməyə macal tapıb.
Daxili İşlər Nazirliyindən “Marneuli” radiosuna verilən məlumata
görə, qəza nəticəsində xəsarət alan olmayıb.
“İnzibati qayda pozuntusudur və istintaq
aparılmır”, – deyə nazirlikdən bildiriblər.
Son bir il yarım ərzində Marneulidə bu artıq beşinci dəmiryolu
qəzasıdır. Bu qəzalardan dördü ölümlə nəticələnmişdi, o cümlədən
bir uşaq həyatını itirmişdi.
Bu
mövzuda:
Bir ildə dörd ölüm hadisəsi –
Marneulidə qatar qəzaları