404 შეცდომა
Marneuli Bələdiyyə Məclisinin iclası 16 noyabrda keçiriləcək
Marneuli Bələdiyyə Məclisinin iclası 16 noyabr saat 13:00-da keçiriləcək.
Bu barədə bəyanat Marneuli meriyasının rəsmi səhifəsində ötən gün, 12 noyabr tarixində yayımlandı.

Meriya tərəfindən yayımlanmış Bələdiyyə Məclisinin iclasının gündəliyinə əsasən 7 məsələ müzakirə olunacaq.

1.“Marneuli bələdiyyəsinin 2018-ci ilin büdcəsinin təsdiqlənməsi haqqında” Marneuli Bələdiyyə Məclisinin 29 dekabr 2017-ci il tarixli 63 saylı qətnaməsinə dəyişikliyin edilməsi.

/Məruzəçi. V.Məmmədov, R.Tabatadze/

2.Marneuli meriyası iqtisadi inkişaf və bələdiyyə əmlakının idarə olunması xidmətinin rəhbərinin 1 noyabr 2018-ci il tarixli 4551-03 saylı hesabatnaməsinin müzakirəsi haqqında.

/Məruzəçi. N.Mtvarelidze/

3. Marneuli meriyası iqtisadi inkişaf və bələdiyyə əmlakının idarə olunması xidmətinin rəhbərinin 6 noyabr 2018-ci il tarixli 4614-03 saylı hesabatnaməsinin müzakirəsi haqqında.

/Məruzəçi. N.Mtvarelidze/

4.Marneuli meriyası iqtisadi inkişaf və bələdiyyə əmlakının idarə olunması xidmətinin rəhbərinin 9 noyabr 2018-ci il tarixli 4659-03 saylı hesabatnaməsinin müzakirəsi haqqında.

/Məruzəçi. N.Mtvarelidze/

5.Marneuli meriyası iqtisadi inkişaf və bələdiyyə əmlakının idarə olunması xidmətinin rəhbərinin 8 noyabr 2018-ci il tarixli 4656-03 saylı hesabatnaməsinin müzakirəsi haqqında.

/Məruzəçi. N.Mtvarelidze/

6.Marneuli meriyası iqtisadi inkişaf və bələdiyyə əmlakının idarə olunması xidmətinin rəhbərinin 5 noyabr 2018-ci il tarixli 4608-03 saylı hesabatnaməsinin müzakirəsi haqqında.

/Məruzəçi. N.Mtvarelidze/

7.Marneuli meriyası iqtisadi inkişaf və bələdiyyə əmlakının idarə olunması xidmətinin rəhbərinin 9 noyabr 2018-ci il tarixli 4658-03 saylı hesabatnaməsinin müzakirəsi haqqında.

/Məruzəçi. N.Mtvarelidze/


"Marneuli" Radiosu
Print