Teatr ictimaiyyətin inkişafı üçün nə dərəcədə əhəmiyyətlidir? – 27 mart beynəlxalq teatr günüdür
16:20 / 27.03.2019
Bu gün, 27 mart
Beynəlxalq Teatr Günüdür. Beynəlxalq Teatr Günü 1961-ci ildən
Beynəlxalq Teatr İnstitutunun təşəbbüsü ilə hər il qeyd
olunur
və
onun şüarı belədir “Teatr – xalqlar arasında qarşılıqlı anlayış və
sülhün təsdiqlənməsi vasitəsi”.
Teatrın əhəmiyyəti və rolu haqqında biz Heydər Əliyev adına Tbilisi
Dövlət Dram Teatrının aktyoru Azər Musaoğlu ilə söhbət etdik.
"Teatrın olması əlbəttə vacibdir. Əsrlər boyu tetrlar
mövcud olub. Tearlar xalqın həm də mədəniyyət göstəricisidir.
Teatrı olmayan qəzeti, jurnalı olmayan xalqın əlbəttə ki,
mədəniyyəti də yoxdur deməkdir. Yəni teatrı əvvəlki illərdə
maarifləndirmə rolunu oynayırdısa müasir zamanda teatr həm də
insanların əylənməsi üçün bir mədəniyyət ocağıdır" -
Azər Musaoğlu dedi.
Azər Musaoğlu kimi "Era Teatrı"nın bədii rəhbəri Anar Rafiqoğlu da
hesab edir ki, teatr cəmiyyətin inkişafının ən yaxşı
göstəricisidir.
"Teatr bir mədəniyyətdir
və mədəniyyət olmadan heç bir cəmiyyət, heç bir millət inkişaf edə
bilməz. Mədəniyyəti olmayan millət çökməyə, sönməyə məhkum bir
millətdir. Xoşbəxt o cəmiyyətdir hansı ki, o cəmiyyətdə teatr
mədəniyyəti var, teatr anlayışı var" - Anar Rafiqoğlu
dedi.
Hələ ki, Marneulidə teatr yoxdur, amma Marneulinin Mədəniyyət
Mərkəzinin tədbirlərinin təşkilatçısı və aktyoru Zura Xaptaninin
bizimlə söhbəti zamanı bildirdiyinə görə, Marneuli teatr dərnəyinə
teatr statusunun verilməsi üzərində çalışmalara başlanılıb və ümid
edirlər ki, Marneulinin yaxın gələcəkdə öz teatrı olacaq. Xaptani
bizimlə söhbətində cəmiyyətin inkişafı üçün teatrın rolunu diqqətə
yetirdi. Onun sözlərinə görə, teatr vasitəsilə düzgün ötürülən
problemin həlli yolu tamaşaçı tərəfindən düzgün dərk edildikdən
sonra olduqca asanlaşır.
“Teatrın çox böyük gücü var. Teatrdan, səhnədən elə
sözlər demək olar və cəmiyyətə elə şeylər çatdırmaq olar ki,
sonradan cəmiyyətin inkişafına səbəb olar. Bunu başqa incəsənət
sahələri edə bilməzlər. Teatrın böyük gücü var və insanın
inkişafında böyük rol oynayır” – Zura Xaptani
deyir.
Beynəlxalq Teatr Günü ilə yanaşı gürcü teatr xadimləri öz milli
“Gürcü Teatrı Günü” bayramını da qeyd edirlər və həmin bayram 14
yanvarda qeyd olunur.