Marneuli meri vəzifəsinə müstəqil namizəd Əli
Bədirov artıq rəsmi olaraq Marneuli Seçki Dairəsində qeydiyyatdan
keçib.
“995 imza saydıqdan sonra qeydiyyatdan keçirməyə qərar
verdilər. Bu gün nömrə də təyin etdilər və nömrəm 42
olacaq”, – Bədirov dedi.
Əli Bədirov Marneuli Dairə Seçki Komissiyasını mer vəzifəsinə
müstəqil namizədliyinə mane olmaqda ittiham edirdi və deyirdi ki,
Marneuli Dairə Seçki Komissiyası imzaların toplanılmasında onun
özünün də məsul şəxs olmasına qarşı idi.
Mer vəzifəsinə 4 namizədin adı artıq məlumdur. Əli Bədirov Marneuli
meri vəzifəsi uğrunda müstəqil şəkildə mübarizə aparacaq yeganə
namizəddir. Mer vəzifəsinə növbədənkənar seçkilər 19 may tarixində
keçiriləcək.