Bu gün, 18 sentyabr tarixində Məhərrəm ayı ilə bağlı Marneuli
mərkəzi bazar ərazisində əhaliyə ehsan paylanıldı.
Ehsan süfrəsi "Ümum Gürcüstan Ali Dini İdarəsi"nin və "İmam Əli"
Xeyriyyə Fondunun təşkilatçılığı və əhali tərəfindən edilən
yardımlar əsasında baş tutdu.
Məhərrəm ayının birinci günündən bu günə qədər bazar ərazisində
əhaliyə çay və şirniyyatlar, 8-ci günündə isə ehsan süfrəsində çay,
şirniyyatlarla yanaşı digər yeyəcəklər əhaliyə paylanıldı. Bu haqda
Ümum Gürcüstan Ali Dini İdaərsinin sədri və şeyxi seyid Mirtağı
Əsədov məlumat verdi.
Onu da əlavə edək ki, 19 sentyabr tarixində Marneulidə Tasua yürüşü
baş tutacaq və bu yürüş Məhərrəm ayının 9-cu gününə təsadüf
edir.