Prezidenti necə seçirik? Onların baxışları ilə tanış oluruq,
bir-biri ilə müqayisə edirik və ən yaxşısını seçirik. Qaydaya
əsasən seçicilər məhz bu strategiya ilə seçim etməlidirlər. Amma
Marneulinin İmir kəndində vəziyyət başqa cürdür. Əhalinin
əksəriyyəti bilmir ki, Salome Zurabişvilinin və Qriqol Vaşadzenin
hansı baxışları var. Onlarla görüşə heç kim getməyib və deməyib ki,
niyə o namizədi seçmək yaxşı olar.
Hümbət Hüseynov İmirdə yaşayır. Seçkiləri köhnə toy adəti ilə
müqayisə edir. O,zaman bəy gəlinin kim olduğunu bilmirmiş.
“Hesab edin ki, seçkilər köhnə azərbaycan ənənəvi toyu
kimidir, o zaman kimsə evlənəndə don geyindirirdilər və sifətini
tam örtürdülər. İndi də məhs belə seçkilərdir, açıq deyil. Xalq heç
bilmir də hansı istiqamətə gedir” - deyir Hümbət
Hüseynov.
Əmirxan Qocayev hesab edir ki, xalq layiq olan namizədi
dəstəkləyəcək. Amma bilmir ki, beləsi namizəd hansıdır və ona heç
kim deməyib ki, Salome Zurabişvilinin və ya Qriqol Vaşadzenin hansı
baxışları var.
- Kim layiq olarsa ona səs verəcəyik.
- Necə bilirsiniz ki, kim layiqdir?
- Bilmirəm, xalq hamının ürəyini oxumayacaq ki, kim layiqdirsə onu
dəstəkləyəcək.
- Adamlar bu haqda məlumatı necə öyrənirlər?
- Bilmirəm. Kim layiqlidir onu dəstəkləyəcəm”.
Hümbət və Əmirxan kimi başqa İmir sakinlərinin də məlumatı
yoxdur.
“Mən o namizədi heç tanımıram da (Salome Zurabişvili).
Amma ölkənin xatirinə ona səs verəcəm” - deyir ərzaq
satıcısı olan qadın.
Əhalinin bir hissəsi öz seçimini açıq qeyd edir, deyirlər ki,
Salome Zurabişvilini dəstəkləyirlər amma niyə seçdiklərinə dair
cavabları yoxdur.
“Elə partiyalar var ki, qapı-qapı düşüb pul
paylayırlar, məsələn 5 nömrə. Dövlət var və ona səs verməliyik.
Hakimiyyət qalib gəlməlidir. İvanişvili də bizi dəstəkləyir.
Azərbaycan kimi desə ona səs verəcəyik. Saakaşvili daha buraya
gələn deyil” - deyir İmirli kişi.
İmir kimi Marneulinin çox kəndlərində oxşar vəziyyətdir.
Azərbaycanlı əhali çox hallarda dil maneəsinə görə bilmirlər ki,
prezidentliyə namizədlərin hansı baxış və planları var.
Qriqol Vaşadze və Salome Zurabişvili seçki qabağı kampaniya
çərçivəsində Marneulidə də olublar.
Vaşadze Marneulili seçicilərlə görüş zamanı dedi ki, burada da
Gürcüstanın hər yerində olduğu problem var. Etnik azlıqların
ictimai-siyasi həyata daha çox inteqrasiya olması üçün Vaşadzenin
baxışı gürcü dilinin gücləndirilməsi üzrə tədrisə bağlanır.
Zurabişvili Marneulilərlə görüşündə ikili vətəndaşlıq, dövlət
dilinin tədrisi və ana dilinin saxlanılması kimi mövzuları diqqətə
yetirdi.
28 oktyabrda İmir seçki məntəqəsində “Gürcü Arzusu” və “Milli
Hərəkatın” aktivistləri bir-biri ilə qarşıdurmaya çıxdılar.
Mübahisəyə polis yardım etdi və hər iki şəxsi şöbəyə apardılar.
Seçkilərin birinci turunda İmirin 59 saylı seçki məntəqəsində
Qriqol Vaşadze qalib gəldi. O, 291 səs qazandı, Salome Zurabişvili
isə 222 səs topladı.