Marneuli meri Temur Abazovu həbsdən azad ediblər
17:55 / 13.12.2018
Marneuli meri Temur Abazovu həbsdən azad
ediblər. Bu haqda məlumatı Abazovun dostu yayımlayıb.
Təqribən 7 ay ərzində Temur Abazov həbsdə
olub.
"Marneuli" Radiosuna Abazovun həbsdən azad edilməsi ilə bağlı
məlumatı onun vəkili Qaqi Mosiaşvili təsdiq edib və deyib ki,
"Abazovun həbsdə saxlanılması üçün heç bir əsas yox idi
və həbs tədbirinin dəyişdirilməsi formatında məhkəmə qərarı ilə
azad edildi".
Abazovun azad olunması haqqında məlumatı sosial şəbəkədə onun dostu
Dato Hüseynov da yayımlayıb.
Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və
qeyri-insani rəftar faktına görə Marneuli meri məhkəmə tərəfindən
14 iyunda azadlıqdan məhrum edilib.
Temur Abazova qarşı cinayət işi Gürcüstan CM-nin 144.3-cü
maddəsinin 2-ci hissəsinin "a" altbəndi və 25, 157.1 maddəsinin
birinci və ikinci hiasələri ilə başlamışdı. Həmin işlə bağlı
A.Allahverdiyev, A.Süleymanov və E. Quliyevə qarşı Gürcüstan CM-nin
126-cı maddəsinin 1.1-ci hissəsinin b altbəndi ilə başlamışdır.