Şaban Məmmədov “Qızıl Mikrofon” mükafatına layiq görülüb
Şaban Məmmədov 7 aprel tarixində Tbilisidə, “Tbilisi Pioner Filmçilər” studiyasının təşəbbüsü ilə qatıldığı festivalda “Qızıl Mikrofon” adlı mükafata layiq görülüb.

“Tbilisi Pioner Filmçilər” studiyasının direktoru Qriqol Çikokidze tərəfindən festivala dəvətli olan Şaban Məmmədov oxuduğu "Herkes gider" adlı mahnı ilə səsinin güclü olmasına görə münsiflər tərəfindən mükafatlandırılıb. Əyləncə məqsədli olan festivalda Şabanla birlikdə azyaşlılar da yer alaraq birincilik qazanıb və diplomla təltif olunublar.





"Marneuli" Radiosu
Print
თეგები: Şaban Mamedov Marneulifm Marneuli