"Avropalı Gürcüstanın" üzvü Əhməd İmamquliyevin sözlərinə görə,
o, səsini sabahkı ümidli günə verib.
"Mən səsimi sabahkı ümidli günə verirəm. O, bizim prezidentliyə
namizədimiz David Bakradzenin prezidentliyi ilə gələcək. Ümid
edirik ki, sabahkı Gürcüstanın günü ümidli olacaq"- deyir Əhməd
İmamquliyev.
Bu gün, 2018-ci ilin 28 oktyabr tarixində vətəndaşlar sonuncu dəfə
Gürcüstan prezidenti seçirlər. Marneuli miqyasında cəmi 90 seçki
məntəqəsi açılıb. Onlardan 15 məhdud imkanlı şəxslər üçün
adaptasiya olunub. Panduslu məntəqələrin sayı isə Marneulidə
ikidir.
Prezident seçkiləridə Marneulidə 99 173 nəfər qeydiyyatdadır.