Tbilisidə mənzilə hücum edənlər qadına isti ütü ilə işgəncə veriblər
Tbilisidə mənzilə basqın edənlərin qadına isti ütü ilə işgəncə verdikləri, daha sonra küt əşya ilə döydükləri bildirilir. Bu haqda məlumatı “Mtavari Arxi” qonşulara istinadən verir.

Qonşular telekanala bildiriblər ki, hadisə 30 sentyabrda baş verib. Onlar güman edirlər ki, hücum edənlər qadının evdə nə zaman tək olduğunu bilirlərmiş. Hadisədən sonra isə evdən külli miqdarda pul və qızıl aparıblar.

Qonşular onu da qeyd edirlər ki, hücuma qədər qadını övladlarını öldürməklə hədələyirmişlər.

Qadın Aladaşvili klinikasına yerləşdirilib. Həkimlərin sözlərinə görə, o, beyin sarsıntısı alıb, bədən və döş nahiyəsində səthi zədələr var.

DİN-dən “Netgazeti”yə verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 179-cu maddəsinin ikinci və üçüncü hissəsinin “b” bəndləri ilə istintaq aparılır. Həmin maddə mütəşəkkil olaraq, qanunsuz şəkildə mənzilə soxulmaqla soyğunçuluq törətməyi nəzərdə tutur.


Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google