EMC dörd icma mərkəzi ilə birgə Marneuli meriyasına iki layihə təklif edib

İnsan hüquqlarının Tədris və Monitorinq Mərkəzi (EMC) dörd icma mərkəzi ilə birgə yerli özünüidarəyə iki layihə təklif edib.

Layihələr büdcənin tutulması ilə bağlıdır. “Marneuli” radiosu ilə söhbətində EMC-nın rəhbəri Teona Piranişvilinin bildirdiyinə görə, öz təşəbbüslərini bələdiyyəyə üstünlüklər sənədini təqdim edən zaman şifahi şəkildə bildiriblər.

"Layihə təklifi bir tərəfdən Marneuli bələdiyyəsinin müvafiq yaxud sağlamlıq və sosial müdafiə şöbəsi nəzdində
icmada sosial işçilər çarxının yaradılmasına aiddir. Ancaq bu mövcud əməkdaşlara təlimlərdən kənar qalmasını nəzərdə tutmur. Bu ideya ümumiyyətlə EMC-nın son dövrdə Marneuli bələdiyyəsinin kəndlərində apardığı müşahidələr nəticəsində yarandı və sosial xidmətlərin əlçatanlığı və məlumat azlığı problemi aşkarlandı. Məlumat çatışmamazlığı problemlərdən biridir. Sosial işlərin həyata keçirilməsi zamanı qarşıda duran dil maneəsi real olaraq problem yaradır. Əhali baza sosial xidmətlər haqqında məlumatsızdır”,
– Teona Piranişvili deyir və qeyd edir ki, onunla yanaşı sosial işçilərin mərkəzləşdirilməsi prosesi aparılır, qanunda bələdiyyəyə sosial işlər baxımından veriləcək öhdəliklər qeyd edilib.

“Dəyişikliklər 2021-ci ildən qüvvəyə minəcək, amma əgər Marneuli bələdiyyəsi bizim tövsiyyələri nəzərə alarsa və icmanın sosial işçilərinin çarxının yaradılmasına başlayarsa bu bir tərəfdən pilot proqram olacaq ki, bələdiyyə sosial xidmət funksiyalarını təhvil versin, digər tərəfdən isə başqa bələdiyyələrə nümunə olsun, dil maneəsinin aradan qaldırılmasına yardım etsin”, – Teona Piranişvili deyir.

İkinci layihə təklifi tərcümə resurslarının yaradılmasını nəzərdə tutur.

“20%-dən artıq əhalisi etnik azlıqlar olan və ehtiyac duyulan halda bələdiyyəyə real olaraq ictimai məlumatın tərcümə olunması vacibdir ki, əhaliyə tərcüməçi resursu əlçatan olsun. Bu təşəbbüsü uzun müddətdir ki, bələdiyyəyə təqdim etmişik və görək nə dərəcədə nəzərə alacaqlar”, - Teona Piranişvili deyir.

EMC dörd yerli icma mərkəzi ilə birgə layihə təklifini meriyaya 8 noyabrda daxil edib.

"Marneuli" Radiosu

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər