Zorlama faktında ittiham olunan şəxsə 7 il həbs cəzası verilib
Gürcüstan Prokurorluğu tərəfindən yayımlanan məlumata görə Tbilisi şəhər məhkəməsi zorlama faktında ittiham olunan E.Q-nı günahkar hesab edib və 7 il müddətinə həbs cəzası verib.

Prokurorluğun məlumatına görə, məhkəmə prosesində təqdim olunan sübutlar nəticəsində müəyyən edilib ki, 2019-cu ilin 26 iyulunda E.Q. Tbilisi dənizi ərazisində, öz avtomobilində Britaniya vətəndaşı T.H.-nı zorlayıb.

Polislər E.Q-nı zorlama faktından bir gün sonra
27 iyulda saxlayıblar və cinayət məcəlləsinin 137-ci maddəsi ilə ittiham ediblər. Həmin maddə zorlamanı nəzərdə tutur. Prokurorluğun məlumatına görə, E.Q. saxlanılan kimi ona həbs cəzası verilib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər