Saimerlo ictimai məktəbində “Son zəng”

Bu gün, 22 may tarixində Marneuli bələdiyyəsinin Saimerlo ictimai məktəbinin 27 şagirdi üçün son zəng çalınıb.



Xoş arzular yazılmış ağ köynəklər və müəllimlərin “yamsılanması” ilə yekun tədbirin keçirilməsi Gürcüstanda demək olar bütün son zənglərin ayrılmaz hissəsidir.

@marneulifm96_9 საიმერლოს საჯარო სკოლაში "ბოლო ზარი" აღნიშნეს. სკოლა 27-მა მეთორმეტეკლასელმა დაამთავრა. #მარნეული #lastbell🔔 #საიმერლო #ბოლოზარი ♬ Riptide

“Sevinirəm ki, məktəbi bitiririk və həyatın yeni mərhələsinə keçid alırıq. Bütün sinif uzun zamandır bu gün üçün hazırlanırdıq və sevinirəm ki, hər şey yaxşı keçdi”, – “Marneuli” radiosu ilə söhbəti zamanı məzunlardan biri bildirir.

Marneuli bələdiyyəsi miqyasında ümumilikdə 74 ictimai məktəb fəaliyyət göstərir. Buradan 56 məktəb orta pilləlidir. Marneuli miqyasında 2022-2023-cü tədris ilini 1318 məzun başa vurub.

 


 

Print Email
FaceBook Twitter Google