Marneulidə 15 yaşlı qızın zorla evləndirilməsi faktına görə iki nəfər saxlanılıb
Marneulinin kəndlərindən birində yetkinlik yaşına çatmamış şəxsin zorla evləndirilməsi faktı ilə bağlı iki nəfər saxlanılıb.

"Marneuli" radiosunun məlumatına görə, 15 yaşlı qızın atasını saxlayıblar. O, yetkinlik yaşına çatmamış şəxsi evlənməyə məcbur edirmiş. Həmçinin, potensial kürəkən olan şəxs də saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Marneuli" radiosuna qızın atasının və potensial kürəkənin saxlanılması faktını təsdiq ediblər. Qurumun məlumatına görə, polislər faktı öyrənən kimi müvafiq ölçülər götürüblər və müttəhimləri saxlayıblar.

Yetkinlik yaşına çatmamış şəxsin zorla evləndirilməsi faktı ilə bağlı iki nəfər dünən, 14 iyun tarixində saxlanılıb.

Print Email
FaceBook Twitter Google