Lazare Qriqoriadisin atası gözünü və ağzını tikib
Oğlunun azadlığa buraxılması tələbi ilə parlamentin qarşısında etiraz aksiyası keçirən 7-8 mart aksiyalarının iştirakçısı Lazare Qriqoriadisin atası Beka Qriqoriadis ağzını və gözünü tikib.

Beka Qriqoriadis hər gün Lazarenin azad edilməsi tələbi ilə mitinqlər keçirir. Bir neçə günlük səylərdən sonra o, mayın 3-də parlamentin arxa girişində çadır qura bilib. Bundan əvvəl polis Lazare Qirqoriadisin atasına buna icazə verməyib. Çadır qurmaq cəhdlərinin birində o, saxlanılıb və məhkəmə 2000 lari məbləğində cərimə kəsib.

21 yaşlı Lazare Qriqoriadis martın 29-na keçən gecə polis tərəfindən saxlanılıb. O, Rusiya qanunlarına zidd olaraq parlament qarşısında keçirilən nümayişlər zamanı polislərə qarşı zorakılıqda və Daxili İşlər Nazirliyinə məxsus avtomobili yandırmaqda ittiham olunur.

Saxlanılan şəxsi 7 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Martın 31-də məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google