Marneuli yerli özünüidarəsinin məlumatına görə, bələdiyyənin
92%-dən çoxuna içməli su veriləcək.
“Marneuli” radiosu rəsmi məktubla Marneuli meriyasından içməli
suyun verilməsi ilə bağlı statistikanı tələb edib.
Marneuli meriyası tərəfindən verilmiş rəsmi məlumata görə,
bələdiyyənin 4 kəndində içməli su şəbəkəsinin bərpası istiqamətində
işlər aparılır/planlaşdırılır.
“Sizin Marneuli bələdiyyəsi ərazisinə içməli suyun
verilməsi ilə bağlı məlumatla bağlı meriyaya təqdim etdiyiniz
məktuba cavab olaraq bildiririk ki, Marneuli bələdiyyəsinin 92%-dən
çoxuna içməli su veriləcək. Eləcə də su şəbəkəsinin bərpası
istiqamətində işlər də aparılır/planlaşdırılır. Su şəbəkəsinin
bərpası işləri Sabirkənd, Tserakvi, Çanaxçı, Baytallı və
Lejbəddində aparılır”, – Meriyanın verdiyi məlumatda qeyd
olunur.
Marneuli meriyasının məlumatına görə, Marneulidə əhalinin
əksəriyyətinə içməli suyu “Birləşmiş Su Təchizatı Şirkəti” və
“Marneuli Kənd Suları” verir.