FLEX mübadilə proqramının 2024-25-ci il seçim mərhələsi avqust ayında başlayacaq
Gələcək liderlərin mübadilə proqramı (FLEX) 2024-2025-ci akademik ili üçün proqramda iştirak etmək istəyən şagirdlərin seçim müsabiqəsinə 2023-cü ilin avqust ayında başlayacaq. FLEX Gürcüstanlı yuxarı sinif şagirdlərinə bir il ərzində Amerika məktəblərində təhsil almaq və amerikalı ailədə yaşamaq şəraiti yaradır.

Gələcək liderlərin mübadilə proqramında iştirak etmək üçün şagirdlər bir neçə tələbə cavab verməlidirlər:
  1. Ümumtəhsil müəssisəsinin 9-cu, 10-cu və ya 11-ci sinif şagirdi olmalısınız.
  2. Doğum tarixiniz 2007-ci ilin 1 yanvarından 2009-cu ilin 16 iyuluna qədər olan dövrə təsadüf etməlidir.
  3. Son 5 il ərzində 3 ay və ya daha çox vaxt ərzində ABŞ-da yaşamış olmamalısınız.
  4. Gürcüstan vətəndaşı olmalısınız.
  5. İngilis dilini bilməlisiniz.
“FLEX proqramında iştirak etmək üçün biz proqramın tələblərinə cavab verən hər bir yuxarı sinif şagirdini, həmçinin, fiziki imkanları məhdud şagirdləri dəvət edirik. Həmin şəxslər üçün yaş və məktəb meyarları fərqlidir: 8-ci, 9-cu , 10-cu, 11-ci, 12-ci sinif şagirdi və 2006-cı ilin 15 fevralından 2009-cu ilin 15 iyuluna qədər anadan olmalıdır”, – təşkilatın məlumatında deyilir.

2024-2025-ci ilin proqram iştirakçılarının seçimi üç mərhələdən ibarət olacaq. Hər üç mərhələni uğurla keçdikdə isə şagirdlər bir il Amerikada yaşamaq və təhsil almaq imkanı qazanacaqlar.

“2024-2025-ci il üçün birinci və ikinci mərhələ 2023-cu ilin payızında onlayn şəkildə keçiriləcək. Yarımfinal isə canlı rejimdə keçiriləcək. Bu isə birbaşa müsahibə və sınaq imtahanını nəzərdə tutur. İstəyi olanlar internetin əlçatan olduğu və ya telefon/kompüterdən istifadə etmək imkanı olan hər hansı regiondan seçim mərhələsində iştirak edə bilərlər”.

Birinci tur avqust ayında keçiriləcək, onlayn ərizə və üç esseni əhatə edəcək. Bunlar müraciət başladıqdan 10 gün ərzində təhvil verilməlidir. İştirak etmək üçün linkə daxil olun: https://ais.americancouncils.org/flex

İkinci turda birinci mərhələni keçmiş iştirakçılar ingilis dilində onlayn test yazacaqlar. Üçüncü, final mərhələsi birbaşa müsahibə, 2 essenin oxunması, ingilis dilindən gücləndirilmiş test və tam applikasiyadan ibarətdir.

“2023-2024-cü akademik ili üçün FLEX proqramı çərçivəsində finalçıların seçimi aparılır. Qaliblər üçün Amerikaya səfər və geri qayıtmaq tam təmin olunacaq. Onlar aylıq təqaüd və sağlamlıqla bağlı sığorta ilə də təmin ediləcəklər. ABŞ-da olan zaman Gürcüstanlı şagirdlərin öz mədəniyyətlərini Amerikalılara tanıtmaq, məktəbdə təhsil, ailədə yaşadıqları və müxtəlif tədbirlərdə iştirak etmək yolu ilə Amerika mədəniyyəti ilə tanış olmaq imkanları olacaq”,
– təşkilatın məlumatında qeyd olunub.

Gələcək liderlərin mübadilə proqramı artıq 30 ildən artıqdır ki, Gürcüstanlı şagirdlərə Amerika məktəblərində təhsil almaq şəraiti yaradır.

Müsabiqənin üç pilləsini uğurla keçdikləri halda şagirdlər Amerika Şurasının Gürcüstan ofisindən məlumat alacaqlar.

Print Email
FaceBook Twitter Google