Şəxsi görüntülərlə qadının şantaj edilməsi ittihamı ilə DTX-nın Marneulili əməkdaşı saxlanılıb (VİDEO)
“TV Pirveli”-nin məlumatına görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Kvemo Kartli Şöbəsinin əməkdaşı İlham Axiyev şəxsi həyatı təsvir edən görüntülərə şantaj etmək və qadından pul qəsb etmək ittihamı ilə saxlanılıb.

İlham Axiyevın saxlanılması barədə məlumatı “TV Pirveli”-yə onun atası da təsdiq edib. O, bildirib ki, Axiyev 20 il ərzində DTX-da işləyib. Telekanalın hazırladığı süjetə görə, qəsb etməkdə və şəxsi həyatı təsvir edən görüntülərin yayımlanmasında iki nəfər müttəhim var. İlham Axiyev və daşınmaz əmlak agenti birlikdə hərəkət edirlərmiş. Onlar qadını şantaj edərək “Marneuli Plazada” yerləşən mənzilini əlindən alıblar.

“Tbilisidə, Poniçalada yerləşən mehmanxanalardan birində iki otaq tutublar. Müttəhim zərərçəkəni qarşılayıb, taksi ilə qeyd olunan mehmanxana otağına aparıb. Otağa daxil olan kimi onu sığallamağa və paltarlarını çıxarmağa başlayıb. Bu prosesdə ikinci müttəhim öz mobil telefonu ilə şəxsi həyatı təsvir edən video material çəkib. Mehmanxana otağının qapısını bağlayıblar və zərərçəkən şəxsi mənzili onların adına keçirməyə məcbur ediblər”, – işə baxan prokuror bildirib.

Prokuror məsələnin təfərrüatları haqqında danışan zaman bildirib ki, cinayət hərəkətləri nəticəsində zərərçəkmiş şəxsə 188 000 lari dəyərində ziyan dəyib.

Marneulili İlham Axiyev 20 il ərzində Dövlət Təhlükəsizlik Xidmətində işləyib. Saxlanılan şəxsin ailə üzvləri hesab edirlər ki, Axiyev günahsızdır. Axiyevin atası bildirib ki, onun oğlu sistemin qaranlıq işləri haqqında çox şey bilirdi və onu məhz buna görə saxlayıblar.


Print Email
FaceBook Twitter Google