Mağalaşvili körpüsü bərpadan sonra necə görünəcək?
Marneuli şəhərinin Rustaveli küçəsində Durmuşxan Mağalaşvili adına körpünün bərpa işləri aparılır.

Bərpa işləri çərçivəsində avtomobillərin hərəkəti məhdudlaşdırılmayıb. Körpünün bərpası üçün elan edilmiş tenderdə qalib gəlmiş “İrlani” MMC şirkəti işləri 1 878 333 lariyə həyata keçirir.

Körpünün bərpası layihəsinə görə, körpü və körpünün altındakı infrastrukturun qaydaya salınması planlaşdırılıb.

Mövcud işıq dirəklərinin və məhəccərlərin, körpünün hərəkət hissəsindən dəfələrlə tökülmüş asfalt-beton qatının sökülməsi, səkidə mozaika daşlarının quraşdırılması nəzərdə tutulub. Mövcud sıradan çıxmış səki ilə bağlı layihədə polad məhəccərlərin boyanması nəzərə alınıb. Estakadada drenaj sisteminin quraşdırılması nəzərdə tutulub.


Layihəyə görə, körpünün altındakı infrastrukturun qaydaya salınması, yolun 4,50 metrə qədər genişləndirilməsi planlaşdırılır. Yolun bir tərəfindən piyadalar üçün səki düzəldiləcək. Qeyd olunanlardan əlavə, layihə ilə dəmiryolu keçidində piyadalar üçün xüsusi daşların düzülməsi nəzərdə tutulub.

Print Email
FaceBook Twitter Google